Bu muzeydə məzar daşları da görəcəksiniz - FOTOLAR

 Bu muzeydə məzar daşları da görəcəksiniz -  FOTOLAR
  20 Dekabr 2021    Oxunub:5642
Daş Salnamə muzeyi Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş Salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada daş plastikanın bir çox növləri sərgilənir. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb.
Muzey 1921-ci ildə inşa olunub və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binası olub. Bina tamamilə restovrasiya edilib. Bundan sonra isə Daş Salnamə muzeyi kimi fəaliyyət göstərməyə başlayıb.

Muzeydə Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çox sayda daş plastikasının nümunələri ilə yanaşı, funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif qədim məişət əşyaları təşkil edir.

Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş "Daş salnamə" ekspozisiyasına "Qobustan" və "Qala" qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir.

Ekspozisiyanın əsas hissəsi Şirvan-Abşeron zonasında tapılmış orta əsrlərə aid olan məzar daşlarıdır.





















Anar Bayramlı
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti