Şəhid hərbçimiz dəfn olunub- FOTO+YENİLƏNİB

   Şəhid hərbçimiz dəfn olunub-    FOTO+YENİLƏNİB
  09 Dekabr 2021    Oxunub:1942
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevlə Siyəzəndə dəfn olunub
AzVision.az xəbər verir ki, şəhid əsgər Əliyev Asif Adil oğlunun cənazəsi Siyəzən rayonunun Zarat kəndinə, evlərinə gətirilib.

Vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Şəhid A.Əliyev Zarat kənd qəbirstanlığında dəfn olunub.

Allah rəhmət eləsin!





AzVision.az


Teqlər: Şəhid  



Xəbər lenti