Sabah dumanlı və çiskinli hava olacaq
Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-5° şaxta, gündüz
5-10° isti olacaq.
AzVision.az
Teqlər: hava







Vaxtında, Aydın, Lazımlı!


