“Məhsula istədiyi qiyməti qoyan monopolistlərin arzularını puç etmişik” - Komitə sədri
S.Mehdiyevin sözlərinə görə, Komitəyə rəhbər təyin olunduğu 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb: “Statistikanı qaldırıb baxın. Əksinə, bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub”.
O, gömrük siyasətinin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı olmadığını bildirib: “Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların sərtləşdirilməsi siyasətini şərtləndirir. Biz azad rəqabət prinsipini bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq. Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur. Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub”.
“Mən sahibkarlara müraciət edirəm, əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram. Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!”-deyə S.Mehdiyev vurğulayıb.
AzVision.az
Teqlər: DGK







Vaxtında, Aydın, Lazımlı!


