"Omikron" ştamının yoluxduruculuq qabiliyyəti yüksəkdir

 "Omikron" ştamının yoluxduruculuq qabiliyyəti yüksəkdir
  10 Dekabr 2021    Oxunub:1868
"Omikron" ştamı yeni çıxdığı üçün tədqiqatlar davam edir. Bu ştamma yoluxan xəstələrdə daha çox baş ağrısı, əzələ ağrıları və temperatur əlamətləri müşahidə edilir

AzVision.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sərdarov deyib. Onun sözlərinə görə, tədqiqatlar davam etdiyi üçün "Omikron" ştamına xas spesifik əlamətləri demək doğru olmaz:
“İlkin mülahizələrə görə, "Omikron" ştamı da "Delta" və "Delta plus" ştamı kimi yoluxduruculuq qabiliyyəti yüksək olan COVID-19 viruslarından biridir”.

Həkim-infeksionist qeyd edib ki, hələlik Azərbaycanda yeni ştam aşkarlanmayıb: “Bütün ştamlar üçün müalicə üsulları hələ ki eynidir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Omikron  



Xəbər lenti