"Ermənilər atəşkəsi 203 dəfə pozublar" - Birgə Monitorinq Mərkəzi

   "Ermənilər atəşkəsi 203 dəfə pozublar" -    Birgə Monitorinq Mərkəzi
  10 Dekabr 2021    Oxunub:848
Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan bəri Ermənistan tərəfinin atəşkəsi 203 dəfə pozduğu qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, mərkəzdə 60 türk hərbçisi xidmət edir, onlardan 13-ü PUA operatorudur. Atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Atəşkəs pozuntularının necə hesablandığına gəlincə, qeyd olunub ki, əslində, bu pozuntuların daha çox olduğu məlumdur: "Lakin türk hərbçilər eyni vaxtda təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntularının minimum sayı 203-dür”.

AzVision.az



Teqlər: Monitorinq-Mərkəzi  



Xəbər lenti