Dörd faydalı qazıntı yatağı özəlləşdirilib

Dörd faydalı qazıntı yatağı özəlləşdirilib
  10 Dekabr 2021    Oxunub:738
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı dekabrın 9-da baş tutan növbəti hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AzVision.az -a bildirilib ki, hərrac qaydasında istifadəyə verilmiş faydalı qazıntı yataqları üzrə qaliblərin siyahısı və digər məlumatlarla https://bit.ly/3oDoGRu linkdən tanış olmaq olar.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar dekabrın 14-ü, 24-ü və yanvarın 17-də keçiriləcək.

Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 faizi miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

AzVision.az



Teqlər: Özəlləşdirmə  



Xəbər lenti