Rusiya və Türkiyə diplomatları Qarabağdakı vəziyyəti müzakirə ediblər

   Rusiya və Türkiyə diplomatları Qarabağdakı vəziyyəti müzakirə ediblər
  10 Dekabr 2021    Oxunub:829
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Sedat Önalla Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyətin nizama salınmasını müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, regional məsələlər, o cümlədən Suriya, Liviya və Dağlıq Qarabağda etibarlı nizamlanma vəzifələri diqqət mərkəzində olub”, - Rusiya XİN-dən bildirilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti