DSX xidməti itlərlə yarış keçirib - FOTOLAR

DSX xidməti itlərlə yarış keçirib -    FOTOLAR
  10 Dekabr 2021    Oxunub:4030
Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin “Sərhədçilərin dostu” mövzusunda növbəti kinoloji yarışları keçirilib.
Narkotik vasitələrin axtarışı və iz axtarışı üzrə iki istiqamətdə keçirilmiş yarışların məqsədi xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığının inkişaf etdirilməsi, dövlət sərhədinin mühafizəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqə¬lərində narkotik vasitələrin axtarışı bacarıqlarının təkmilləşdirilməsi, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssislərin və yüksək iş qabiliyyəti olan xidməti itlərin müəyyən edilməsi olub.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl cantalarında narkotik vasitələrin axtarışı və sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması üzrə tapşırıqlar yerinə yetirilib.

Kinoloji yarışların qalibləri kubok və diplomlarla təltifləndiriliblər.

Yarışların yekununa həsr olunmuş tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar edilib.
















Teqlər:



Xəbər lenti