"Çox çətin savaş olsa da, həqiqəti dünyaya çatdırdıq" - Hikmət Hacıyev

   "Çox çətin savaş olsa da, həqiqəti dünyaya çatdırdıq" -    Hikmət Hacıyev
  11 Dekabr 2021    Oxunub:970
“Qarabağda, Xocalıda Azərbaycanın günahsız insanları öldürüldüyü halda, ermənilər müharibədən əziyyət çəkən xalq kimi təqdim edilirdi”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz Qarabağ münaqişəsinin ilk günlərindən bu yalanların fonunda belə problemlərlə üzləşərək uzunmüddətli bir yola çıxdıq. Ona görə də Ermənistanın Azərbaycana qarşı apardığı bu savaş müddətində 30 illik strateji kommunikasiya formalaşdıraraq onu həyata keçirməyə başladıq. Burada əsas məqsədimiz Azərbaycan tərəfindən həyata keçirilən bütün siyasətin və dünyaya təqdim olunan mesajların koordinasiyalı bir şəkildə çatdırılması idi”, - Hacıyev vurğulayıb.

Əlavə edib ki, xüsusilə 27 sentyabrda Ermənistan Azərbaycana qarşı, mülki insanlarımnıza qarşı yeni bir savaşa başladı və Azərbaycan xalqı haqq səsini qaldıraraq öz haqlı mücadiləsinə başlamış oldu: "Burada da strateji kommunikasiyanın düzgün şəkildə formalaşması və düzgün şəkildə aparılması qarşımızda duran ən önəmli vəzifələrdən biri idi. Çünki yenə də Ermənistan tərəfindən hibrid və psixoloji savaş əsasında ölkəmizə qarşı bir təxribat aparılırdı. Təəssüflər olsun ki, dünya mediasında Azərbaycana qarşı bir çox qapılar bağlı qalmaqda davam edir və dünya mediasında informasiya inhisarçılığı qarşımızda böyük sədlər qoyurdu və bunları aşmağımız gərək idi. Bu xüsusda, cənab Prezident İlham Əliyevin dünya mediası ilə birbaşa təmas quraraq apardığı savaşı xüsusilə qeyd etmək istərdim. 44 gün ərzində demək olar ki, hər gün dünyanın 30-dan artıq ən aparıcı, ən önəmli televiziyalarına, media agentliklərinə cənab Prezidentin saatlarla sürən müsahibələri təşkil olundu".

AzVision.az




Teqlər: Hikmət-Hacıyev  



Xəbər lenti