Son sutkada 1 117 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb

   Son sutkada 1 117 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
  11 Dekabr 2021    Oxunub:863
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb 1 581 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib, aktiv xəstə sayı 20 569 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081, ötən müddət ərzində isə ümumilikdə 5 666 466 test aparılıb.

AzVision.az



Teqlər: Kovid   Ölüm  



Xəbər lenti