Xalq Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

 Xalq Heydər Əliyevin məzarını ziyarət edir -  FOTOLAR
  12 Dekabr 2021    Oxunub:2578
Dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür.
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.



Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub. Dövlət rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar Fəxri xiyabana axın edərək Ulu Öndərin məzarını ziyarət edir, xatirəsini anır, ruhuna dualar oxuyurlar.

İnsanların Fəxri xiyabana axını davam edir. AzVision.az ümummilli lider Heydər Əliyevin anım günündən fotoreportajı təqdim edir.





































FOTO: Anar Bayramlı
AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti