Bir ildə 211 uşaq ürəyindən əməliyyat olunub

 Bir ildə 211 uşaq ürəyindən əməliyyat olunub
  13 Dekabr 2021    Oxunub:1074
Bu il yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.
Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, əməliyyatlar agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib. Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub.

AzVision.az



Teqlər: Uşaq   Əməliyyat  



Xəbər lenti