"Türkiyə və Azərbaycanla əlaqə qurmaq İrəvan üçün bir şansdır" - Səfir
“Əminik ki, Zəngəzur dəhlizinin açılması ilə həm Ermənistan, həm də regionun bütün dövlətləri bundan faydalanacaq. Bu yolun açılmasından tranzit yük göndərən bütün dövlətlər faydalanacaq. Bölgənin magistral, dəmir yolu və digər yolları açılandan sonra Ermənistan dövləti də bundan faydalanacaq. Başa düşəcək ki, Azərbaycan və Türkiyə ilə iqtisadi və siyasi əlaqələrin olması bu dövlətin gələcəyi üçün bir şansdır. Bu həm də onlara yaxşı yaşamaq, kasıb yox, zəngin yaşamaq şansıdır. Bunun üçün dövlətlərimizin müstəqilliyi, onların torpaqları üzərində suverenliyini tanınmalıdır. İmzalanan bu bəyannamələr yerinə yetiriləcək və Qafqaza uzunmüddətli sülh və əmin-amanlıq gələcək”, - səfir türkiyə mətbuatına müsahibəsində bildirib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Rəşad-Məmmədov







Vaxtında, Aydın, Lazımlı!


