Bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron veriləcək

   Bəzi şəxslərə "Əks-göstəriş sertifikatı” elektron veriləcək
  13 Dekabr 2021    Oxunub:1102
COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin “Əks-göstəriş sertifikatı” da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.
Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə “Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

-Hamilə qadınlar

-Dağınıq skleroz

-Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.

AzVision.az



Teqlər: Vaksin  



Xəbər lenti