Qadının çantasından 18 minlik oğurluq edildi
Baş İdarə əməkdaşları tərəfindən saxlanılan Fərid Səfərovla Elçin Hacıyevin isə Nərimanov və Nəsimi rayonlarında avtobuslarda cibgirliklə məşğul olduqları müəyyən edilib. Onların insanların sıx olduğu vaxtlarda sərnişinlərin cibindən mobil telefonlar, pul və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilib. Qeyd edək ki, saxlanılan hər 3 şəxsin avtobuslarda törətdikləri hadisələrin bir neçəsi, həmçinin, cibgirlik və oğurluq edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə lentə alınıb.
Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


