Vətəndaşlardan 15 ədəd qanunsuz ov tüfəngi götürülüb
Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 2 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
AzVision.az
Teqlər: Ovtüfəngi







Vaxtında, Aydın, Lazımlı!


