"Qarabağda Türkiyədən olan şirkətlər üstünlük təşkil edəcək" - Mikayıl Cabbarov

   "Qarabağda Türkiyədən olan şirkətlər üstünlük təşkil edəcək" -    Mikayıl Cabbarov
  14 Dekabr 2021    Oxunub:783
"İşğaldan azad edilmiş ərazilərdə investorlar üçün "Yaşıl işıq" yandırmışıq. Bu günədək həmin ərazilərdə fəaliyyət göstərmək üçün 921 layihə üzrə müraciət daxil olub".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bunlardan 283-ü xarici şirkətlərdən daxil olub və əməkdaşlıq müraciətləri arasında Türkiyədən olanlar üstünlük təşkil edir:

"Gürcüstanda da müraciətlər daxil olmaqdadır. Biz əvvəl podrat işləri üçün təklif alırdıqsa, artıq indi investisiyalar və biznesin qurulması istiqamətində ciddi təkliflərə malikik.

Qarabağda yeni yaradılmış "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında böyük maraq var.

Aytən Zəhra
AzVision.az



Teqlər: MikayılCabbarov  



Xəbər lenti