Qara dənizdə ABŞ-Gürcüstan təlimi keçirilib

 Qara dənizdə ABŞ-Gürcüstan təlimi keçirilib
  14 Dekabr 2021    Oxunub:647
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sahil Mühafizəsinin gəmiləri Amerikanın “USS Arleigh Burke” esminesi ilə Qara dənizdə birgə təlimlər keçirib.
AzVision.az xəbər verir ki, təlimdə Gürcüstan tərəfdən Oçamçira (P23), Suxumi (P24) və Dioskuriya (P25) patrul gəmiləri iştirak edib.

Təlimlərdə iştirakçılar taktiki manevrlər həyata keçirib və dənizdə bir sıra məsələlər üzrə qarşılıqlı fəaliyyət işləyiblər. Qeyd olunub ki, birgə manevrlərin məqsədi iki ölkənin hərbi-dəniz bölmələri arasında təcrübə mübadiləsi, ekipajların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin Gürcüstanın sahil mühafizəsinin imkanlarının gücləndirilməsi olub.

AzVision.az


Teqlər: Gürcüstan   ABŞ  



Xəbər lenti