İki rayona yeni prokuror təyin edildi

   İki rayona yeni prokuror təyin edildi
  17 Dekabr 2021    Oxunub:1356
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov isə tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiqlənib.

AzVision.az


Teqlər: Prokurorluq  



Xəbər lenti