Prezident Rusiya Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmnunluqla xatırlanıb. Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.
Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Rusiya Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


