"İşə qəbul olan müəllimlərin sayı 3 dəfə artıb" - Təhsil naziri

   "İşə qəbul olan müəllimlərin sayı 3 dəfə artıb" -    Təhsil naziri
  17 Dekabr 2021    Oxunub:1000
"Son ilərdə Müəllimlərin İşə Qəbulu imtahanları nəticəsinsə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artırıb".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, bu, daha artıq rəqabət qabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb:

“Ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçir. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur. Son illər mümkün reallıqlar çərçivəsində ADPU-da daha keyfiyyətli kadr hazırlığı baxımından böyük işlər görüb. Universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə MİQ vasitəsilə işə qəbul olur".

E.Əmrullayev əlavə edib ki, torpaqlarımız işğaldan azad olunub və ADPU məzunlarının bir qismi fəaliyyətini o yerlərdə davam etdirəcək.

Aytən Zəhra
AzVision.az



Teqlər: Müəllim  



Xəbər lenti