Şəhid ailə üzvləri və qazilərə 21 minə yaxın sosial ödəniş təyin edilib
O bildirib ki, bu dəstək tədbirləri çərçivəsində 40 min şəxsə 46 min xidmət göstərilib.
"O cümlədən, şəhid ailələrinin üzvləri və müharibə əlilləri olan 10 351 şəxsə 20 644 sosial ödəniş təyin edilib. Onlar üçün sosial ödənişlərin məbləği 2021-ci ilin əvvəlindən növbəti dəfə əhəmiyyətli şəkildə artırılıb. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və bu il də onlara 3 min mənzil/fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq 2700 mənzil təqdim edilib", - nazir vurğulayıb.
AzVision.az
Teqlər: ƏƏSMN







Vaxtında, Aydın, Lazımlı!


