Azərbaycanda daha 582 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb
İndiyədək ölkədə ümumilikdə 609 min 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 min 284 nəfər müalicə olunaraq sağalıb, 8 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 931 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 495, bu günə qədər isə ümumilikdə 5 milyon 739 min 928 test icra olunub.
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


