Pakistanın və Azərbaycan XİN başçıları görüşüblər

   Pakistanın və Azərbaycan    XİN başçıları    görüşüblər
  18 Dekabr 2021    Oxunub:1426
Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün tviterdəki səhifəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü barədə paylaşım edib.
AzVision.az xəbər verir ki, Pakistanın xarici siyasət idarəsinin rəhbərinin sosial şəbəkədəki paylaşımında deyilir:

“Sizi Pakistanda salamlamaqdan məmnunam Ceyhun Bayramov. İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş 17-ci növbədənkənar iclasında uğurlu nəticələr üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistana səfər edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər: Pakistan   Azərbaycan   XİN  



Xəbər lenti