"Qəzaya 25 saniyəyə qalan müddətə qədər helikopterdə heç bir nasazlıq olmayıb"

"Qəzaya 25 saniyəyə qalan müddətə qədər helikopterdə heç bir nasazlıq olmayıb"
  20 Dekabr 2021    Oxunub:798
2013-cü ildə helikopterin "qara qutu"su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. Müqavilə əsasında Çexiya Respublikasında “qara qutu” yenilənib və təhvil verilib.
AzVision.az -ın xəbərinə görə, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün "Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Çexiya və Azərbaycanın Baş Prokurorluqları tərəfindən qəzadan sonra "qara qutu" açılıb və göstəricilər istintaqa təhvil verilib:

"Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyəyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasına uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, hündürlüyün sürətlə itirilməsi hadisəni qaçılmaz edib. “Qara qutu”dakı məlumatların araşdırılması zamanı çəkilən fotoşəkillər də təqdim ediləcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti