Milli Qəhrəman Əlif Hacıyevin qardaşı həbs olundu
Rza Hacıyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Xatırladaq ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir.
Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


