Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı - YENİLƏNİB

 Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı -  YENİLƏNİB
  20 Dekabr 2021    Oxunub:2133
Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

***21:48***

Bu ilin 18 dekabr tarixində Ermənistanla sərhəddə saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 20-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfi onları Azərbaycana təhvil verib.

AzVision.az


Teqlər: Hərbçi   Azərbaycan  



Xəbər lenti