Emin Əmrullayev: "Təhsil şöbələrində çalışanlar işsiz qalmayacaqlar"

     Emin Əmrullayev:    "Təhsil şöbələrində çalışanlar işsiz qalmayacaqlar"
  21 Dekabr 2021    Oxunub:1155
"Rayon Təhsil İdarələrinin yaradılması yerlərdəki təhsil şöbələrinin ləğvi deyil. Onlar sadəcə yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətini davam etdirəcəklər".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, rayon təhsil şöbəsində çalışan işçilərin işsiz qalması məsələsi ola bilməz:

"Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa, yeni strukturda işlə təmin olunacaq. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq".

Aytən Bağırzadə
AzVision.az



Teqlər: Təhsil   Nazir  



Xəbər lenti