Bakıda qar yağacaq

   Bakıda qar yağacaq
  21 Dekabr 2021    Oxunub:1266
Dekabrın 23-24-də Abşeronda sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.
AzVision.az -ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.O qeyd edib ki, sabit qar örtüyünün əmələ gəlməsi gözlənilmir, çünki temperatur rejiminin 8-10 dərəcə aşağı düşməsinə baxmayaraq, paytaxtda havanın temperaturu 3 dərəcə selsiyə yaxın olacaq:

“Dağlıq və dağətəyi rayonların sakinləri isə intensiv, bəzi yerlərdə qar örtüyünün əmələ gəlməsi ilə güclü qar yağacaq, buz bağlayacağı üçün yollarda diqqətli olmaq lazımdır”.

AzVision.az


Teqlər: Hava   Qar  



Xəbər lenti