Triatlon Federasiyasına yeni prezident seçilib

Triatlon Federasiyasına yeni prezident seçilib
  21 Dekabr 2021    Oxunub:954
Bu gün Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Elçin Əliyev Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrnin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Elçin Əliyev çıxış edərək ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün ölkəmizdə inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

AzVision.az


Teqlər: İdman  



Xəbər lenti