Prokurorluq məktəb direktoruna xəbərdarlıq etdi

Prokurorluq məktəb direktoruna xəbərdarlıq etdi
  21 Dekabr 2021    Oxunub:1154
Azərbaycanda məktəb direktoruna xəbərdarlıq edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, internet informasiya ehtiyatında intiharla bağlı qadağan edilən məlumatları yayması ilə əlaqədar Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin direktoru Hikmət Camirzə oğlu Ağacanova 20 dekabr 2021-ci il tarixdə “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq elan edilib.

AzVision.az


Teqlər: Baş-prokurorluq   Direktor  



Xəbər lenti