"Azərbaycanın gələcək inkişafı Prezidentin adı ilə bağlıdır" - Tahir Budaqov
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün, sabah” mövzusunda keçirilən konfransda çıxış edən dövlət və hökumət rəsmiləri, Milli Məclisin nümayəndələri Azərbaycanın bu günə qədər müxtəlif sahələrdə əldə etdiyi uğurları və bundan sonra qarşında duran perspektivlər barədə ətraflı fikirlərini bildirdilər.
“Təbii ki, bütün çıxışların yekunu olaraq bir daha belə qənaətə gəlmək olar ki, Azərbaycanın inkişafı yalnız ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi ilə şərtlənir. Bu yolun alternativi yoxdur və Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi kitabda da qeyd olunur ki, Azərbaycanın gələcək inkişafı bu böyük yolun müzəffər davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Düşünürəm ki, bu böyük yolun davamı Azərbaycan xalqına, Azərbaycan dövlətinə hələ bundan sonra da çoxsaylı qələbələr, zirvələr qazandıracaq”-deyə, YAP Sədrinin müavini vurğulayıb.
AzVision.az
Teqlər: YAP







Vaxtında, Aydın, Lazımlı!


