"Azərbaycan dəmir yolları" hava şəraiti ilə bağlı müraciət edib

 "Azərbaycan dəmir yolları"  hava şəraiti  ilə bağlı müraciət edib
  22 Dekabr 2021    Oxunub:1104
"Azərbaycan dəmir yolları" QSC gözlənilən hava şəraiti ilə əlaqədar sərnişinlərə müraciət edib.
ADY-dən AzVision.az - a verilən məlumatda xatırladılır ki, dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın kəskin pisləşəcəyi, yağıntılı olacağı, küləyin sürətinin artacağı gözlənilir.

Təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

"Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik", - müraciətdə qeyd olunur.

AzVision.az



Teqlər: ADY   Hava  



Xəbər lenti