Bildirilib ki, “ASAN xidmət”ə bu günədək 49 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Qeyd edilib ki, Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də qiymətləndirilib. Belə ki, “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Qonaqlara, həmçinin Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi fəaliyyət, həmçinin “İnnovasiyalar Mərkəzi” və “ABAD” publik hüquqi şəxsin fəaliyyətləri və nailiyyətləri barədə geniş məlumat verilib.
Qonaqlar ASAN Radio, “ASAN Təlim-Tədris Mərkəzi”, “ABAD” publik hüquqi şəxsin fəliyyəti ilə də tanış olublar. Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


