"O da mənim kimi qızdır" - Erməni təmsilçi Sonadan danışdı

   "O da mənim kimi qızdır" -    Erməni təmsilçi Sonadan danışdı
  23 Dekabr 2021    Oxunub:5410
Parisdə keçirilən “Uşaq Avroviziyası-2021”in qalibi Ermənistan təmsilçisi Malena yarışmada iştirak edən təmsilçimiz Sona Əzizova ilə qucaqlaşmasından danışıb.
AzVision.az “Armenpress”ə istinadən xəbər verir ki, Malena əvvəllər Sona ilə ünsiyyətinin olmadığını deyib. Bildirib ki, Ermənistanın qələbəsindən sonra təmsilçimiz ona yaxınlaşıb, onu qucaqlayıb və təbrik edib. "Ona qarşı pis münasibətim yoxdur, o da mənim kimi qızdır", - Malena əlavə edib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Sona Əzizova yarışmada 151 xalla 5-ci yeri tutub.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti