Bu il 27 uşaq zorakılığa məruz qalıb

   Bu il 27 uşaq zorakılığa məruz qalıb
  23 Dekabr 2021    Oxunub:685
İlin əvvəlindən bu günə qədər uşaq hüquqları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 738 müraciət daxil olub.
Bu barədə AzVision.az -a Komitənin mətbuat katibi Teymur Mərdənoğlu deyib. O bildirib ki, müraciətlərin 27-si uşaqların zorakılığı ilə bağlı olub:

"Bütün faktlar araşdırılıb, aidiyyatı üzrə yönəldilib. Xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülür".

AzVision.az


Teqlər:



Xəbər lenti