Şirvanda 34 yaşlı kişi itkin düşüb - FOTO

  Şirvanda 34 yaşlı kişi itkin düşüb -    FOTO
  23 Dekabr 2021    Oxunub:1670
Şirvan şəhərində 34 yaşlı kişi itkin düşüb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, Sabirabad rayon sakini, 34 yaşlı Xəyal Həsənov cari ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti