"ASAN Könüllüləri" Təşkilatının 8 illiyi qeyd olunub
Qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində reallaşdırılan müxtəlif tədbirlərdən, dövlət proqramlarından bəhs ediblər. Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatı tərəfindən müxtəlif, o cümlədən vətənpərvərlik, karyera, şəxsi inkişaf və s. istiqamətlərdə reallaşdırılan layihələrdən, könüllülərə dəstək proqramlarından söz açılıb. Həmçinin vurğulanıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub.
Sonra Təşkilatın 8 illik fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub və "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının rəqs nömrələri göstərilib.
Həmçinin tərəfdaş qurumlar təltif edilib.
19 dekabr 2013-cü il tarixindən fəaliyyətə başlayan “ASAN Könüllüləri” Təşkilatı bu günə qədər 100000-dək şəxsi əhatə edən 750-dən çox yerli və beynəlxalq layihə, 5000-dən çox təlim, tədbir reallaşdırıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


