DSX əməliyyat keçirib, saxlanılanlar var
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar.
Onların üzərlərinə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 300 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb. Avtomobilə baxış zamanı sağ qapının saxlanc yerində bir ədəd xırda bükümdə narkotik vasitəyə bənzər “marixuana” aşkarlanıb.
Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ağayev Ceyhun Səfər oğlu və Beyləqan rayon sakini , 1999-cu il təvəllüdlü Misirli Əli Misir oğlu olmaları müəyyənləşdirilib. Fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
AzVision.az
Teqlər: DSX







Vaxtında, Aydın, Lazımlı!


