Paşinyan Ərdoğanla görüşünü istisna etməyib
“Ərdoğanla görüş barədə heç bir fikir yoxdur, lakin Ermənistanın xüsusi elçisi Ruben Rubinyanla türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olarsa və proses o ana qədər yetişərsə, əlbəttə ki, yüksək səviyyəli görüşlər keçirilməlidir. Proses uğurlu olarsa, Ərdoğanla görüşüm baş tutacaq”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətləri normallaşdırmaq üçün tərəflərin yaxın vaxtlarda qarşılıqlı olaraq xüsusi nümayəndələrini təyin edəcəklərini, həmçinin, İrəvanla çarter reyslərinin açılacağını bildirmişdi.
AzVision.az
Teqlər: Türkiyə Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


