Türkiyədə daha 133 nəfər koronavirusun qurbanı olub

Türkiyədə daha 133 nəfər koronavirusun qurbanı olub
  24 Dekabr 2021    Oxunub:844
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 133 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində məlumat paylaşıb.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 356 106 nəfərin test edildiyi, 18 910 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 20 351 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 127 994 715 peyvənd tətbiq edilib ki, bunun 91,47 faizi birinci, 82,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

AzVision.az



Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti