ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Prezidenti təbrik edib

   ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Prezidenti təbrik edib
  25 Dekabr 2021    Oxunub:542
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az -ın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mən yaxın dostluğumuzdan çox məmnun olduğumu bildirir və Sizin dinlərarası harmoniyaya, birgəyaşayışa yüksək səviyyəli diqqətinizi alqışlayıram.

Bu yaxınlarda yəhudilərin Hanuka bayramı münasibətilə təbrikinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Əlamətdar doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.

AzVision.az



Teqlər: İlham-Əliyev  



Xəbər lenti