Reza Deqati Xudavəng monastırının fotoşəkillərini paylaşıb

   Reza Deqati    Xudavəng monastırının    fotoşəkillərini paylaşıb
  25 Dekabr 2021    Oxunub:925
Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz sosial media hesabında Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.
AzVision.az xəbər verir ki, Xudavəng monastır kompleksinin qış görüntülərinin yer aldığı paylaşımında fotoqraf məbədin tarixi barədə də məlumat verir.

O qeyd edib ki, Xudavəng monastırını XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın arvadı Arzu xatun tikdirib.

“Sovet dövründə və daha sonra Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib. Sülh müqaviləsi imzalanandan bəri kompleksi Rusiya sülhməramlıları qoruyur”.

AzVision.az



Teqlər: Xudavəng   Monastr  



Xəbər lenti