Qarabağda 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib

 Qarabağda 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib
  28 Dekabr 2021    Oxunub:826
"Bu günə kimi Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın, Kəlbəcər rayonlarında aparılan monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib".

AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib.
Onun sözlərinə görə, 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektlərin monitorinqi aparılıb:

“Bunlar arasında 462- si kitabxana, 348- i klub, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1 kinoteatr, 3 kinoklub, 2 teatr, 2 qalereya var. Monitorinqlərdə əsas məqsəd gələcəkdə beynəlxalq təşkilatlara müraciət edərkən faktların olması, Ermənistanın hərbi cinayətin sübutudur. Bundan başqa Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırılıb, həmçinin abidələrin elektron xəritələri hazırlanıb”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Qarabağ   Mədəniyyət  



Xəbər lenti