"Dekabr ayında koronavirusdan ölüm halları azalıb" - Yaqut Qarayeva

   "Dekabr ayında koronavirusdan ölüm halları azalıb" -     Yaqut Qarayeva
  28 Dekabr 2021    Oxunub:745
2021-ci ilin dekabr ayının birinci həftəsi ilə sonuncu həftəsində yoluxmalar arasında 59 faiz, ölüm halları arasında 39 faiz azalma olub.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, respublikada pozitiv nəticələr ən çox Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb:

“Bakı şəhərində isə daha çox yoluxma Xətai və Binəqədi rayonlarının ərazisində qeydə alınıb. Respublikada vəziyyəti stabil qiymətləndiririk, epidemioloji vəziyyət stabildir. Bunu vaxtında qəbul olunan doğru qərarlara borcluyuq”.

Y.Qarayeva yeni ildə insanları diqqətli olmağa çağırıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti