ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır

   ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır
  29 Dekabr 2021    Oxunub:571
"ASELSAN Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk".
AzVision.az xəbər verir ki, bunu "Xalq" qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.

"Biz iki qardaş ölkə olaraq çətin bir coğrafiyadayıq. Biz regional təhlükəsizliyimizi təmin etmək üçün dövlətlərimizin və Silahlı Qüvvələrimizin müstəsna səylərinin yaxından şahidi oluruq.

Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə daşıyan prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın və möhtərəm Prezident İlham Əliyevin bu məsələdə sərt mövqeyi də bizə ruh yüksəkliyi və cəsarət verir. Biz ASELSAN olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən mühüm məsələlərindən biri olan regional təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı dövlətlərimizə hər cür töhfə verməyə çalışırıq. 90-cı illərin əvvəllərindən Qarabağ bölgəsində Azərbaycan Ordusunu ASELSAN məhsulları ilə təmin etməklə bu torpaqları daha da firavanlaşdırmaq, övladlarımıza işıqlı gələcək bəxş etmək məqsədi ilə sarsılmaz təməllər üzərində qurduğumuz əlaqələrimiz bir çox sahələrdə davam edir", - o bildirib.

H.Görgünqeyd edib ki, 1998-ci ildə Azərbaycanda fəaliyyət sahələrinin artması və göstərilən xidmətlər sayəsində ASELSAN-ın 100 faiz törəmə şirkəti olan ASELSAN-Bakı yaradıldı.

"ASELSAN-Bakı vasitəsilə Azərbaycanda yeni layihələr hazırlayır və müqavilələr üzrə təhvil verilən sistemlərin texniki quraşdırılması, satışdan sonrakı nasazlıqların aşkar edilməsi və texniki xidmət-təmir işlərini həyata keçiririk. Biz taktiki sahədə təhlükəsiz, əl, avtomobil, arxa və hava radio həllərimizlə dəniz rabitə sistemləri, radio bağlantıları, peyk rabitə sistemləri kimi ən son texnologiya məhsulları təklif edirik".

AzVision.az




Teqlər: ASELSAN  





Xəbər lenti