Seysmikliyi yüksək olan ərazilər məlum oldu

Seysmikliyi yüksək olan ərazilər məlum oldu
  29 Dekabr 2021    Oxunub:942
Bu il Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş verib.
AzVision.az -ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli illik hesabatda bildirib. Onun sözlərinə görə, il ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub. Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub. Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub:

"İran-Türkiyə, Gürcüstan-Ermənistan sərhədlərində seysmiklik yüksək olub. Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb".


AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti