Azərbaycan-Türkiyə əməkdaşlığı daha da gücləndiriləcək
Səfir Cahit Bağcı gələn ilin mart ayında təşkil olunacaq Antalya Diplomatiya Forumuna dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkür edərək, birinci Forumun olduqca uğurlu bir platforma olduğunu bildirib və qarşıdan gələn tədbirdə məmnuniyyətlə iştirak edəcəyini söyləyib.
Görüşdə tərəflər Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı məsələlərini, həmçinin hər iki dövlətin təşəbbüsü və birgə iştirakı ilə həyata keçirilən layihələri, eləcə də 3+3 formatında bu yaxınlarda ilk görüşü baş tutan regional məsləhətləşmələr mexanizmi, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarının perspektivlərini müzakirə ediblər. Tərəflər, qarşıdan gələn 2022-ci il üzrə ən xoş arzularını bölüşüblər.
AzVision.az
Teqlər: Türkiyə







Vaxtında, Aydın, Lazımlı!


