Ötən gün 19 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 19 cinayətin üstü “isti izlər”lə açılıb
  30 Dekabr 2021    Oxunub:959
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti